Visacenter.az logo
Visacenter.az
Viza Mərkəzi
Ana səhifə Ölkələr Şengen vizası

Şengen vizası — sənədlər, müraciət qaydası və viza dəstəyi

Şengen vizası üçün viza müraciətində sənədlərin hazırlanması, anket doldurulması və prosesin idarə olunması üzrə viza dəstəyi.

Lazım olan əsas sənədlər

  • Xarici pasport (etibarlılıq müddəti tələblərə uyğun)
  • Şəkil (biometrik format – ölkəyə görə)
  • İş yeri arayışı / təhsil arayışı
  • Bank çıxarışı (maliyyə vəziyyəti)
  • Səfər planı / bronlar (otel, bilet, sığorta – tələb oluna bilər)
Dəqiq siyahı viza tipinə görə dəyişir (turizm, biznes, təhsil və s.).

WhatsApp-la sürətli müraciət

Məqsədinizi yazın (turizm/biznes/təhsil) və təxmini tarixləri qeyd edin.

WhatsApp-a yaz Zəng et

Şengen vizası nədir?

Şengen vizası Avropanın Şengen zonasına daxil olan ölkələrinə qısa müddətli səfər etmək üçün verilən icazədir. Bu viza ilə bir ölkədən daxil olub digər Şengen ölkələrinə sərbəst hərəkət edə bilərsiniz. Azərbaycan vətəndaşları üçün Şengen vizası ən çox tələb olunan vizalardan biridir və müraciət prosesində əsas məsələ sənədlərin düzgün hazırlanması, səfər məqsədinin aydın izahı və maliyyə göstəricilərinin uyğun təqdim edilməsidir.

Şengen zonası hansı ölkələri əhatə edir?

Şengen zonası Avropada sərhədsiz hərəkət üçün yaradılıb. Almaniya, Fransa, İtaliya, Polşa, Çexiya, Avstriya, Yunanıstan, Latviya və digər ölkələr bu zonaya daxildir. Viza bir ölkə tərəfindən verilsə də, qaydalara əməl etdikdə bütün zona üzrə istifadə olunur.

Hansı ölkədən müraciət etməliyəm?

Şengen vizasında ən çox edilən səhv “yanlış ölkədən müraciət”dir. Qayda belədir:

  • Ən uzun qalacağınız ölkə — müraciət həmin ölkənin səfirliyi/viza mərkəzinə edilir.
  • Qalma günləri eynidirsə, ilk giriş edəcəyiniz ölkə nəzərə alınır.

Bu qaydaya əməl olunmaması gələcək müraciətlərdə sual yarada bilər. Buna görə planı əvvəlcədən düzgün qurmaq vacibdir.

Şengen vizası üçün tələb olunan sənədlər

Əsas sənədlər

  • Xarici pasport (adətən minimum 6 ay etibarlı olması tövsiyə olunur)
  • Biometrik foto (ölkənin tələblərinə uyğun)
  • Şəxsiyyət vəsiqəsi (surət)
  • İş yeri arayışı / VÖEN sənədləri / tələbə arayışı
  • Bank çıxarışı (maliyyə vəziyyətini göstərən)
  • Səyahət sığortası (Şengen tələblərinə uyğun)
  • Otel və uçuş bronları (səfər planı ilə uyğun)

Əlavə sənədlər nədən asılıdır?

Sənəd paketi viza tipinə və profilə görə dəyişir. Məsələn, biznes səfərində dəvət məktubu, tədbir qeydiyyatı; qonaq səfərində dəvət edən şəxsin sənədləri tələb oluna bilər. Biz Visacenter.az olaraq profilinizi analiz edib “artıq” sənədi yox, “lazım olan”ı düzgün hazırlamağa fokuslanırıq.

Şengen vizası növləri

  • Turistik viza — gəzinti və istirahət məqsədi
  • Biznes viza — görüş, sərgi, tədbir
  • Qonaq vizası — yaxınların yanına səfər
  • Təhsil/Kurs — qısa müddətli kurs və proqramlar

Şengen vizası neçə günə çıxır?

Müraciətlərin baxılma müddəti mövsümə və ölkəyə görə dəyişir. Orta hesabla 7–21 iş günü aralığında nəticə olur. Yay mövsümündə və bayram öncəsi dövrlərdə müddət uzana bilər. Buna görə səyahət planını əvvəlcədən qurmaq tövsiyə olunur.

Viza müddəti və giriş sayı necə olur?

Şengen vizası bəzən tək girişli, bəzən çox girişli (multi) verilə bilər. Multi viza adətən əvvəlki viza tarixçəsi, düzgün istifadə və profil uyğunsuzluqlarının olmaması ilə əlaqəlidir. İlk müraciətlərdə çox vaxt qısa müddətli viza verilməsi normaldır.

Rədd riskini necə azaltmaq olar?

  • Səfər məqsədini aydın yazmaq (plan ardıcıl olmalıdır)
  • Maliyyə göstəricilərini real və izah edilə bilən təqdim etmək
  • İş/təhsil statusunu düzgün göstərmək
  • Bronları səfər tarixləri ilə uyğun etmək
  • Əvvəlki vizaları qaydasına uyğun istifadə etmək

Şengen vizasında ən böyük problem “uyğunsuz məntiq”dir: sənədlər var, amma bir-biri ilə uyğun gəlmir. Bizim viza dəstəyinin əsas məqsədi bu uyğunsuzluğu sıfıra endirməkdir.

Visacenter.az viza dəstəyi nələri əhatə edir?

  • Profil analizi və doğru viza tipi seçimi
  • Sənədlərin yoxlanması və düzəlişlər
  • Səfər planının düzgün qurulması
  • Müraciət addımlarının izahı və müşayiət
  • WhatsApp üzərindən sürətli əlaqə və yönləndirmə

Nə vaxt müraciət etməliyəm?

İdeal olaraq səyahət tarixindən bir neçə həftə əvvəl sənədləri toplamağa başlamaq lazımdır. Təcili planlarda da həll yolları olur, amma vaxt azaldıqca seçimlər məhdudlaşır. İstənilən halda ilk addım: ölkəni seçin və WhatsApp-la yazın — profilinizə uyğun yol xəritəsi verək.

Proses necə gedir?

1
Profil analizi
Viza tipi və uyğunluq
2
Sənəd hazırlığı
Checklist + düzəliş
3
Müraciət
Anket/görüş/təqdimat
4
İzləmə
Status və nəticə

FAQ

Şengen vizası üçün hansı ölkədən müraciət etməliyəm?

Ən uzun qalacağınız ölkədən müraciət edilir. Qalma müddəti eynidirsə, ilk giriş edəcəyiniz ölkə nəzərə alınır.

Şengen vizası neçə günə çıxır?

Orta hesabla 7–21 iş günü. Mövsüm və ölkəyə görə dəyişə bilər.

Şengen vizası multi (çox girişli) verilə bilərmi?

Bəli. Əvvəlki viza tarixçəsi, düzgün istifadə və profil uyğunluğu multi viza şansını artırır.

Rədd riskini azaltmaq üçün nə etməliyəm?

Sənədlərin bir-biri ilə uyğun olması, real maliyyə sübutu və aydın səfər planı əsasdır.

Şengen vizası ilə neçə ölkəyə gedə bilərəm?

Şengen zonasına daxil olan ölkələrin hamısına səyahət edə bilərsiniz (qaydalara əməl etməklə).

📞 Zəng 💬 WhatsApp